BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi


BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.

 

Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.

 

Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.

 

Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.

 

Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist efirdə ağladı - VİDEO

Əməkdar artist Bəsti Sevdiyeva "Gün ortası" verilişində qonaq olub.   Müğənni ailəsi ilə bağlı sualı cavablamaqdan imtina edib və göz yaşla...

“Azeri Light”ın bugünkü qiyməti açıqlandı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiy...

Sevərək yeydiyimiz qarğıdalını niyə həzm edə bilmirik?

Qarğıdalı yedikdən sonra qəbizlik olması bir çox insana tanışdır. Bu vəziyyət ilk baxışdan həzm olunmadığını düşündürə bilər. Ancaq həqiqət bir az fərqlidir. Gö...

Təsadüfi ekstremal uçuşla Everest hündürlüyünə qədər qalxdı - VİDEO

Paraplander demək olar ki, dünya rekordunu qırıb.   Sfera.az bildirir ki, Çinli paraplançı Penq Yujianqın 8000 metrdən çox hündürlüyə qalxmasının vid...

Göyərçinlər uçuş zamanı sərnişinlərə “hücum edib” - VİDEO

Təyyarənin salonunda iki göyərçin tapılıb. Bu da uçuşun gecikməsinə səbəb olub. Bəzi sərnişinlər quşu tutmağa çalışıblar. Sfera.az bildirir ki, uçuşdan əvv...

Stüardessa Meqan Marklın təyyarədə yazdığı qeydi paylaşdı

“American Airlines”də işləyən stüardessa Nina Vida, aviaşirkətin kommersiya uçuşundan istifadə etdikdən Meqan Markl təyyarədən endikdən sonra yazdığ...