Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi
Estoniya, Latviya, Polşa, Almaniya, Monteneqro, Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıb. Sfera.az xəbər verir ki, müvafiq paylaşımlar X sosial şəbəkəsində yerləşdirilib. "Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı bildiririk. Sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - Estoniya XİN-in məlumatında deyilib.