Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb. Bu barədə Sfera.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə olunub. C.Bayramov, Azərbaycan və Litva arasında ikitərəfli səviyyədə siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, mədəniyyət, humanitar və s.