Logo

"Bu sahədə koordinasiya və milli birlik lazımdır" - DTX rəsmisi 

"Bu sahədə koordinasiya və milli birlik lazımdır" - DTX rəsmisi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çox yaxşı olardı ki, kibertəhlükəsizlik sahəsində milli təhlükəsizlik indeksi yaradılsın".

Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib.

DTX rəsmisi təmsil etdiyi qurumun dünya ölkələrinin aidiyyatı şəbəkələri ilə əlaqədə olduğunu deyib:

"Son dönəmlər təhlükəsizlik provayderləri bazarda formalaşıb və onlar öz fəaliyyətini get-gedə genişləndirirlər. Kibertəhlükəsizliyə qarşı mübarizəyə bütün dünya ölkələrində xüsusi xidmət orqanları ciddi əmək sərf edir. Biz də bu şəbəkənin fəaliyyətini izləyirik və onlarla əlaqədəyik.  Aldığımız təhdid məlumatlarını da kritik informasiya təşkilatları ilə paylaşırıq. Bu sahədə dövlət təsisatlarının koordinasiyası, özəl təsisatlarının koordinasiyası, milli birlik lazımdır. Təhdid məlumatlarının anında paylaşılması lazımdır ki, kibercinayətkarlıq baş verməsin".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR