"Belarus Ukraynadakı döyüşlərə girməyə hazırlaşır" - “Associated Press”

Ukrayna Belarusun döyüşlərdə birbaşa iştirakından narahatdır.

 

Sfera.az bildirir ki, buna səbəb belaruslu kişilərin hərbi təlimlərə çağırılması olub.  

 

Minskdə hərbi təlimlərə çağırılan mühəndis Ruslan “Associated Press”ə (AP) açıqlamasında rus qoşunlarının artıq Belarusda olduğunu deyib: “Ölkəmizin Ukraynaya qarşı müharibəyə girməyəcəyini desələr də, rus döyüş təyyarələrinin evimin üstündən Minsk yaxınlığındakı Maçulişçi aviabazasına doğru hərəkət etdiyini eşidirəm. Belarus tədricən hərbi kazarmaya çevrilir”.

 

O, təhlükəsizliyindən narahat olduğu üçün tam adını açıqlamamağa üstünlük verib.

 

Digər Belarus vətəndaşı 54 yaşlı menecer Svyatlana isə bu yaxınlarda şəhərdə yeni Belarus hava hücumundan müdafiə bölməsinin yaradıldığını deyib:Qoşunların sayı artdıqca müharibə qorxusu da artır”.

 

Digər tərəfdən, “AP” Ukrayna Prezidentinin səfərini xatırladıb: “Volodimir Zelenski, bu ayın əvvəlində şimal-qərb Volın vilayətində sərhədçilərə baş çəkərək deyib ki, ölkə Belarusdan mümkün işğala “hazır olmalıdır””.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR