Aİ-dən 40 milyonluq yardım: Rusiyanın Ukraynadan sonrakı hədəfi Moldovadır? - ŞƏRH

Aİ-dən 40 milyonluq yardım: Rusiyanın Ukraynadan sonrakı hədəfi Moldovadır? - ŞƏRH

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku AB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqlədiyini bildirib.

 

“Avropa Sülh Fondundan 40 milyon avro yardım göstəriləcək. AB-nin davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım”, – Popesku deyib.

 

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda rəsmi Kişinyovun müdafiə potensialını artırması və bu istiqamətdə Qərbin 40 milyon avro ayrılması diqqət çəkir.


Moldova Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadan gələcək hücumlardan ehtiyat edir. Bununla belə Kişinyov Kremli qıcıqlandıracaq addımlar atmaqdan da geri durmur. Misal üçün bir neçə gün öncə Rusiya səfirliyinin bir əməkdaşı persona non-qrata elan edildi. Bundan başqa Rusiya saytlarının ölkə ərazisində yayımı da bloklanıb.

 

Moldova başa düşür ki, indiki məqdamda Rusiyanın başı Ukrayna müharibəsi və Cənubi Qafqazdakı proseslərə qarışıb. Bu fürsətdən istifadə edən rəsmi Kişinyov Qərbə yaxınlaşaraq yenə Qərbin dəstəyi ilə müdafiə potensialını artırır.

 

 

Bütün bunlara baxmayaraq, Rusiyanın Kişinyova təzyiq imkanları heç də hücumla kifayətlənəcək kimi deyil. Kreml həm daxildəki ruspərəst qüvvələri aktivləşdirmək, həm Dnesteryanı münaqişəsini alovlandırmaq, həm də Qaqauziya problemini aktivləşdirməklə Kişinyova ciddi baş ağrısı yarada bilər.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...