Dilimizin böyük himayədarı...
Ümummili lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyər, onun var olması üçün etdiyi mücadilə bu böyük şəxsiyyətin öz xalqına olan sonsuz sevgisinin nümunəsidir. 1969-cu ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev özündə elə bir liderlik qabiliyyəti, xalq, vətən sevgisi cəmləşdirmişdi ki, bu bizim sonrakı bütün tariximizə günəş kimi işıq saçdı. Heydər Əliyev Sovet imperiyasının amansız repressiya maşınında minlərlə parlaq şəxsiyyətlərini itirmiş, dini, dili, maddi-mədəni dəyərləri məhv