MSK daha 8 nəfərin namizədliyinin irəli sürülməsini TƏSDİQLƏDİ
Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Sfera.az -ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.