Azərbaycan Fransaya NOTA VERDİ - İki diplomat ölkədən çıxarılır

Azərbaycan Fransaya NOTA VERDİ - İki diplomat ölkədən çıxarılır
Kateqoriya məlum deyil
T

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

 

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR