Azərbaycan Qafqazı belə xilas etdi – Məxfi məlumatlar ələ keçdi

Azərbaycan Qafqazı belə xilas etdi – Məxfi məlumatlar ələ keçdi

Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan etdi. Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayondan həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib. Bundan başqa, xanım səfirə müvafiq nota təqdim edilib.

 

Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar fonunda bu qərar diqqət çəkir. Belə ki, yüksək peşəkarlıqla təşkil edilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

 

Əməliyyatlar çərçivəsində onlardan bəzilərinin saxlanıldığı, bəzilərinin istintaq altında olduğu məlum idi. Görünür, saxlanılanlar Fransa xəfiyyəsi olduqlarını etiraf ediblər. Onların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi istisna deyil.

 

Maraqlıdır ki, Fransa rəsmi olaraq nə Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla, nə saxlanılan xəfiyyələrlə, nə də Fransa səfirliyinin iki əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı reaksiya verib. Buna baxmayaraq, rəsmi Parisin baş verənlərdən narahat olduğu bəllidir. Bunun real göstəricisi isə Fransa Prezidenti Emmanuel Makronun DGSE rəisi Bernar Emyeni vəzifəsindən azad etməsidir.

İndiki məqamda Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu bizim üçün mühüm nailiyyət, Fransa və DGSE üçün ciddi fiaskodur.

 

Prinsip etibarilə Fransa bundan öncə də rəsmi Bakıya bir neçə aspektdə məğlub olub. Misal üçün, Parisin Ermənistan-Azərbaycan sülh prosesində vasitəçilik missiyası rəsmi Bakı tərəfindən qəbul edilmədi. Bundan başqa, Fransanın Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etmə cəhdləri də Bakının uzaqgörən siyasəti və usta siyasi həmlələri ilə nəticəsiz qaldı. Bütün bunların fonunda Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...