Ruslar Putinə nə qədər etimad edir? - SORĞU NƏTİCƏSİ
Rusların Putinə inamı artıb. Sfera.az bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi məlumat yayıb. Belə ki, dekabrın 18-dən 24-dək aparılan sorğuya görə, ruslar arasında Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi son bir həftə ərzində 0,3 faiz artaraq 80% olub. “Putinə etimad sualına sorğu iştirakçılarının 80%-i müsbət cavab verib. Prezidentin fəaliyyətinin bəyənilmə səviyyəsi isə dəyişməyib və 77,1% təşkil edib”, - araşdırmada qeyd edilib. Türkan