Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub

Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub
Kateqoriya məlum deyil
T

Növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub.

 

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.

 

Nazir bildirib ki, proses artıq başlayıb: "Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir".

 

C.Bayramov qeyd edib ki, seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR