"Paşinyanın Qərblə əməkdaşlığı davam etdirməsi Ermənistana... - ŞƏRH

“Ermənistan-İran əlaqələrində yeni böhran başlaya bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, buna səbəb İrəvanın qərbyönümlü siyasətidir. Ekspert İran xarici işlər naziri Hüseyn Abdullahianın Ermənistana səfər etdiyini də xatırladıb:

 

“Moskva və Tehran regionda ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsindən narahatdır. Bir neçə gün bundan əvvəl Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutmuşdu. İstisna deyil ki, Rəisi erməni həmkarına qərbyönümlü siyasətlə bağlı narahatlığını çatdırıb. Fikrimcə, Ermənistan və İran arasında siyasi problemlər yeni müstəvidə davam edəcək”.

 

Politoloq qeyd edib ki, İran Ermənistanın yürütdüyü siyasətdən narazıdır:

 

“Lakin Paşinyan İran və Rusiyanın təzyiqlərinə rəğmən, Qərblə əməkdaşlığı davam etdirəcək. Belə davam edəcəyi təqdirdə isə Moskva və Tehran Ermənistan hakimiyyətini cəzalandırmaq siyasətinə əl ata bilər”.

 

Qeyd edək ki, dünən Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Nazirlər həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıblar.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.   ...

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...