Xankəndi istiqamətinə yeni marşrut xətti açılır
Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır. Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün keçirilən brifinqdə bildirib. O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlər daxili sərnişindaşıma həyata keçirilməsi üçün işlər gedir: "Biz bununla bağlı müsabiqələr elan etmişik. Bərdə - Xankəndi, Bakı - Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə