Rəsmi Bakıdan Makronun qərəzli fikirlərinə - REAKSİYA

Rəsmi Bakıdan Makronun qərəzli fikirlərinə - REAKSİYA

“Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

“Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

 

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

 

Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.

 

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək” – XİN rəsmisi bildirib.


OXŞAR XƏBƏRLƏR

Cəlal Qurbanovşəhid anasını deputat seçilməsi münasibətilə TƏBRİK ETDİ

“Mənim oğlum qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmovanın Nax...

Rusiyada daha bir general SAXLANILDI

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Leninqrad Hərbi Dairəsinin komandanının maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumincan...

Prezidentlə xanımının Kəlbəcər səfərindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.   Sfera.az həmin səf...

Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri MƏLUM OLDU

Unibank müştəriləri tərəfindən böyük maraqla qarşılanan “Əjdaha” lotereyasının birinci tirajının qalibləri məlum olub. Xəzər TV canlı efirində xüsus...

Türkiyə iqtisadiyyatında böyümə sürəti zəiflədi - SƏBƏB

Türkiyə iqtisadiyyatının böyümə sürətində zəifləmə qeydə alınıb.   Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2024-cü ilin ik...

BŞTİ-yə avqust ayı ərzində daxil olan müraciətlərin sayı AÇIQLANDI

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 961 müraciət daxil olub.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat verilib.   ...