“Co Bayden namizədliyini geri götürməlidir” - Obama da fikrini dəyişdi

“Co Bayden namizədliyini geri götürməlidir” - Obama da fikrini dəyişdi

ABŞ-nin keçmiş prezidenti Barak Obama da hazırkı dövlət başçısı Co Baydenin namizədliyinin geri götürülməsinin daha düzgün olacağı haqqında fikir səsləndirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə iddianı “Washington Post” yazıb.

 

“Washington Post” bildirir ki, Obama Co Baydenin namizədliyi ilə bağlı narahatlığını yaxın ətrafı ilə bölüşüb. İddiaya görə, Obama noyabrın 5-də keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Co Baydenin qalib gəlmək şansının azaldığını, bu səbəbdən namizədliyini yenidən nəzərdən keçirməsinin önəmli olduğunu söyləyib. Nəşr yazır ki, bir çox demokrat siyasətçi Co Baydenin namizədliyinin uğurlu olmaması ilə bağlı Baydenə narahatlığını çatdırıb. Artıq Obama da Baydenin 5 noyabr seçkilərində zəfərdən tədricən uzaqlaşdığını düşünür. Buna görə də eks-prezident Baydenin namizədlik haqqında yenidən düşünməsinin vacib olduğunu söyləyib.

 

“Washington Post” yazır ki, Demokratlar Partiyasına ianə edən milyarderlər də prezident Co Baydenin namizədliyindən narahat olduqlarını bildiriblər. Bu narahatçılıq iyunun 27-də rəqib partiyanın namizədi Donald Trampla CNN-də canlı yayımlanan ilk debatdan sonra güclənmişdi. İyulun 13-də Trampın seçki mitinqində məruz qaldığı sui-qəsd cəhdindən sonra isə vəziyyət Baydenin əleyhinə bir qədər dəyişib. Avqustda ABŞ-da partiyalar namizədlərlə bağlı son qərarını verməlidir. Bayden namizədliyindən geri çəkilmək istəmir. Əgər Baydenin israrı davam edərsə, noyabrdakı seçkilərdə Trampın rəqibi indiki ABŞ prezidenti olacaq.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...