Qaya Məmmədov seçiciləri ilə səyyar görüş keçirdi - FOTO
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir. Sfera.az bildirir ki, növbəti görüş Qaraçuxur qəsəbəsi Neftçilər Parkında baş tutub. “Bu, seçkiqabağı təşviqat çərçivəsində bizim sonuncu kütləvi görüşümüz idi. Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid anası Almaz Qasımova, şəhid xanımı, Suraxanı rayon fəalı Nəsibə