"İlkin nəticələr səsvermə günü gecə açıqlanacaq" - MSK sədri

"İlkin nəticələr səsvermə günü gecə açıqlanacaq" - MSK sədri

Seçkilərdə xoşagəlməz hallar ola bilər.

 

Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, məntəqədə belə hallar olarsa, yerində qərar çıxartmaq lazımdır:

 

"Əgər həmin qərardan şikayət olarsa, MSK-da baxılır. Seçicilərin iradəsindən kənar hal baş verərsə, məntəqənin nəticələri ləğv ediləcək. Əgər pozuntular eyni dairədə daha çox qeydə alınsa, ümumilikdə dairənin nəticələri ləğv ediləcək".

 

MSK sədri onu da bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.

 

O qeyd edib ki, 2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək.

 

20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...