Qaya Məmmədov seçiciləri ilə səyyar görüş keçirdi - FOTO

Qaya Məmmədov seçiciləri ilə səyyar görüş keçirdi - FOTO

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir.

 

Sfera.az bildirir ki, növbəti görüş Qaraçuxur qəsəbəsi Neftçilər Parkında baş tutub.

 

“Bu, seçkiqabağı təşviqat çərçivəsində bizim sonuncu kütləvi görüşümüz idi. Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid anası Almaz Qasımova, şəhid xanımı, Suraxanı rayon fəalı Nəsibə Əliyeva, Vətən müharibəsinin iştirakçısı, baş leytenant Rafiq Rəhimli və digər sakinlər çıxış edərək namizədliyimə dəstək ifadə etdilər. 

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin ərazi bütövlüyünü tam bərpa etməsindən sonra ölkəmizin bütün ərazisində keçiriləcək ilk parlament seçkiləri həqiqətən tarixi hadisə olacaq. Bu tarixi seçkilərdə namizəd kimi iştirak etmək, ağsaqqallarımızın, şəhid ailələrinin və müharibə iştirakçılarının namizədliyimə dəstək və xeyir-dua vermələri mənim üçün böyük şərəf və məsuliyyətdir”, - Q.Məmmədov bildirib.

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...