Logo

Trampdan Rusiya ilə bağlı MÜHÜM AÇIQLAMA: “Putinlə münasibətlərimiz...”

Trampdan Rusiya ilə bağlı MÜHÜM AÇIQLAMA: "Putinlə münasibətlərimiz..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-nin Rusiya ilə münasibətlərindən danışıb.

Sfera.az bildirir ki, o, bu barədə Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Tramp Moskva ilə əlaqələrin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O hesab edir ki, bu, düzgün strateji yanaşmadır: “Rusiya ilə anlaşma yaxşı şeydir, bu, ağıllı addımdır”.

Tədbir RSBN media şirkətinin “YouTube” kanalında yayımlanıb. Tramp prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putinlə isti münasibət saxladığını vurğulayaraq, “O, mənə hörmət edirdi”, - qeyd edib.

Digər tərəfdən, Kremldən bununla bağlı açıqlama gəlib. Bəyanatda həmin illərdə tətbiq edilən yeni məhdudiyyətlər xatırladılıb və Rusiya üçün xüsusilə yaxşı heç nə edilmədiyi bildirilib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR