Rusiya PUA-larla Kiyevə HÜCUM ETDİ - RƏSMİ AÇIQLAMA
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumları intensivləşib. Sfera.az xəbər verir ki, dünən axşam həyata keçirilən hücumları da nəzərə alsaq, sentyabrdakı hücumların sayı 5-ə çatıb. Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, dünən axşamkı hücumda İranın “Şahed” PUA-larından istifadə edilib. PUA-lar Kursk vilayəti ərazisindən buraxılıb. Administrasiyanın məlumatına əsasən, pilotsuz təyyarələrin hamısı şəhər yaxınlığında və şəhər üzərində məhv edilib. Qeyd edək ki, Kiyevə əvvəlki