Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayevin də iştirak etdiyi toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilən islahatlar təhlil olunub.

 

"Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev Azərbaycan Ordusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər və qarşıda duran başlıca vəzifələrdən danışıb. Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlarda maddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

 

Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində maddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarə olunmasını təmin etmək məqsədilə yeni məlumat sisteminin yaradılmasından danışılıb. Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Prezidentdən XİN-lə bağlı fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.   ...

Prezident bu fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunun tətbiqi ilə bağlı 4 avqust 20...

Sosial şəbəkədə kiberdələduzluq edən 2 nəfər saxlanılıb - DİN

Bakıda sosial şəbəkə vasitəsilə kiberdələduzluq edən 2 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmə...

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.   Sfera.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əli...

Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

  Mayın 1-də Bakıda Beynəlxalq Bakalavriat proqramı ilə fəaliyyət göstərən Dünya Məktəbində xüsusi tədbir baş tutub.    Sfera.az xə...

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...