Logo

Rusiya PUA-larla Kiyevə HÜCUM ETDİ - RƏSMİ AÇIQLAMA

Rusiya PUA-larla Kiyevə HÜCUM ETDİ - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumları intensivləşib.

Sfera.az xəbər verir ki, dünən axşam həyata keçirilən hücumları da nəzərə alsaq, sentyabrdakı hücumların sayı 5-ə çatıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, dünən axşamkı hücumda İranın “Şahed” PUA-larından istifadə edilib. PUA-lar Kursk vilayəti ərazisindən buraxılıb. Administrasiyanın məlumatına əsasən, pilotsuz təyyarələrin hamısı şəhər yaxınlığında və şəhər üzərində məhv edilib.

Qeyd edək ki, Kiyevə əvvəlki hücum sentyabrın 7-də baş verib və 4 müxtəlif ünvanda dağıntılar qeydə alınıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR