"Vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür, amma evini sığorta etdirmir" - Deputat
“Dünən yağan yağıntı da sübut etdi ki, Allah eləməsin, 4-5 saat, hələ günlər demirəm güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Razi Nurullayev deyib. “Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir. Hər il də aidiyyəti dövlət qurumları bunu normadan artıq yağıntı ilə bağlayır. Normadan artıq yağıntı küçələrdə üç saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr,