Azərbaycan-NATO münasibətləri hansı formada inkişaf edəcək? - AÇIQLAMA

Azərbaycan-NATO münasibətləri hansı formada inkişaf edəcək? - AÇIQLAMA

“Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır. Regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə vermək üçün alyansla geniş spektrli məsələlərlə bağlı siyasi əməkdaşlığı inkişaf etdirir”. Bunu Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəis müavini-şöbə müdiri Anar Mütəllimov enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan-NATO” tədbirində deyib.

 

Maraqlıdır, Azərbaycan-NATO münasibətləri bundan sonra hansı formada inkişaf edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, NATO-nun əsas üzvlərindən biri olan rəsmi Ankara Bakının strateji müttəfiqidir. Onun sözlərinə görə, Alyansla Azərbaycan arasında əlaqələr kifayət qədər dərindir:

 

“Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olub və1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalayıb. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Ölkəmiz 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv olub və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşulub. Həmin il NATO Baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edilib. Bundan əlavə, Azərbaycan bir neçə dəfə NATO-nun sülhməramlı missiyalarında iştirak edib”.

 

Ekspert qeyd etdi ki, rəsmi Bakının NATO-nun əsas oyunçularından hesab olunan Vaşinqton və Parislə münasibətləri o qədər də yaxşı deyil və getdikcə pisləşir:

 

“Bunun səbəbi isə adı çəkilən aktorların Azərbaycana qarşı qərəzli mövqeyidir. Bundan başqa, rəsmi Bakının Alyansın əsas rəqiblərindən olan Moskva və Tehranla kifayət qədər yaxşı münasibətləri var. Amma bunlar heç bir halda NATO- Azərbaycan münasibətlərinə təsir edə bilməz və etmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Türkiyə modelinə keçir. Türkiyə Silahlı Qüvvələri isə NATO standartlarına uyğundur. Deməli, perspektivdə Alyansla Azərbaycan arasında xüsusilə hərbi sahədə əməkdaşlığın güclənməsi gözləniləndir. Azərbaycanla NATO arasındakı münasibətlər, yəqin ki, inkişaf edən templə davam edəcək. Hərçənd rəsmi Bakı bütün hallarda soyuqqanlı davranmağa və balanslı siyasətə üstünlük verəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...