“Vikipediya ilə bağlı ciddi mübarizə aparmalıyıq” - Siyavuş Novruzov

“Vikipediya ilə bağlı ciddi mübarizə aparmalıyıq” - Siyavuş Novruzov

“Vikipediya ilə bağlı ciddi mübarizə aparmalıyıq”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Erməni əsilli şəxslər azərbaycan vikipediyasından Azərbaycanın 3000-ə yaxın şəhidinin adını çıxarıblar. İndi də Türkiyə vikipediyasına müraciətlər edirlər. Bir az da irəli gedərək, Xocalı qurbanlarının da adının çıxarılmasını tələb edirlər. Bununla bağlı ciddi mübarizə aparmalıyıq. Qanuna görə, şəhid Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsdir. Bundan yüksək ad yoxdur. Bununla bağlı informasiya təhlükəsizliyi ilə məşğul olan orqanlar ciddi mübarizə aparmalıdır“,-millət vəkili bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR