Gürcüstanda müxalifət seçkiləri niyə qazana bilmədi? - AÇIQLAMA

Gürcüstanda müxalifət seçkiləri niyə qazana bilmədi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli olub. 97.011 faiz sayılan səslərə əsasən, “Gürcü azusu” partiyası seçicilərin 54,24 faizinin etimadını qazanıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda keçirilən seçkilərdə hakim partiyanın qalib gəlməsinin əsas səbəblərindən biri müxalifət liderinin olmaması və dağınıq şəkildə seçkilərə gedilməsidir:

 

“Gürcüstan əhalisi seçim edəndə dağınıq müxalifətə deyil, monolit siyasi partiyaya səs verdi. Demək olar ki, Gürcüstanda seçkilər qismən şəffaf və rəqabətli şəraitdə keçdi. Gürcüstan vətəndaşları “Gürcü Arzusu”na heç də Rusiya ilə müharibə qorxusuna görə səs vermədi. Müxalifətin xalq konsepsiyasında ənənəvi şüarlar üstünlük təşkil etdi”.

 

Ekspert bildirdi ki, “Gürcü Arzusu” partiyası Azərbaycan kimi siyasət yürütməyə çalışacaq:

 

“Görünür, Tiflis bir çox məsələlərdə Azərbaycanla koordinasiyalı işləyir. Gürcüstan hakimiyyəti Qərblə əməkdaşlığı təlimatlar və göstərişlə deyil, müstəqil şəkildə davam etdirəcək. Moskva ilə əməkdaşlıq həyata keçiriləcək. Bu isə ilk növbədə Kremlin Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyindən asılı olacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri...

Aytən Səfərəliyevaya yeni vəzifə verildi

Jurnalist Aytən Səfərəliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri təyin edilib.   Sfera.az xəbər verir ki, bu...

Növbəti köç karvanı Şuşaya çatdı

Dekabrın 23-də yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 208 nəfərdən ibarət 51 ailəyə mənzillərin açarları təqdim edili...

“Sevinc Mall”da “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb - FOTO

“McDonald’s Azərbaycan”ın sayca 29-cu restoranının açılışı “Sevinc Mall” ticarət və əyləncə mərkəzində baş tutub.   Sfe...

İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

Yaponiyanın tanınmış avtomobil istehsalçılarından olan “Honda” və “Nissan” birləşmək haqqında razılığa gəliblər.   Sfera.az ...

Rusiya-İran strateji tərəfdaşlıq sazişi niyə ləngiyir? - ŞƏRH

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmir. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sa...