MSK seçki materiallarını Baş Prokurorluğa göndərəcək
Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb. Sfera.az xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər. Qeyd olunub ki, müraciətlərdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsinin 24, 52 və 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə əlaqədar olub. Bildirilib ki, müraciətlə əlaqədar təqdim edilən seçki protokollarında