İlham Əliyev fərman imzaladı: “Azərenerji”də İdarə Heyəti yaradılacaq
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sfera.az xəbər verir ki, fərmana əsasən, səhmdar cəmiyyətində ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, İdarə Heyəti (İH) yaradılıb. Belə ki, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub. Prezident Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İH sədrinin və onun müavinlərinin vəzifəyə