İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verdi

Siyasət
15:46 / 17.03.2025
5408
Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu ünvanlayıb.
Sfera.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli xanım Prezident,
Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".