Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
“Azərbaycan və gürcü xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar və bu, indi də belədir. O cümlədən, dövlətlərarası münasibətlər yüksək səviyyədə qurulub. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır”. Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. O, qeyd edib ki, bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. “Bu baxımdan