"Qiymət çarxa qalxır, əmək haqqı yerində sayır" - Deputatdan bahalaşmaya ETİRAZ/VİDEO
"Ölkəmiz müharibədən çıxıb, onun üçün dözmək lazımdır - dövlətin, xalqın, büdcənin, kimlərinsə xeyrinə qərarlar veririk ki, bahalaşma olsun və siz də dözün, məsələsini qəbul etmirəm". Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev bildirib. O, gündəlik ehtiyac məhsullarının bahalaşmasını doğru hesab etmədiyini diqqətə çatdırıb. Deputat ölkədə bazar iqtisadiyyatının hələ də formalaşmadığını, bahalaşmanın monopolistlər səbəbilə yarandığını dilə gətirib: "Hər kəs xalqın hesabına varlanmaq