Logo

Paşinyan müharibədə məğlubiyyət utancını qazandı - İsrailli ekspert

Paşinyan müharibədə məğlubiyyət utancını qazandı - İsrailli ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsini və ordusunu Qələbəyə tam hazırlamışdı.

Sfera.az xəbər verir ki, bunu israilli ekspert Mixail Finkel deyib.

O xatırladıb ki, düz bir il əvvəl Münxen təhlükəsizlik konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında məşhur debat baş tutub:

"Müdrik, uzaqgörən, təcrübəli siyasətçi olan Prezident İlham Əliyev o zaman Paşinyana dedi ki, yeganə və ən doğru yol işğal olunmuş torpaqları müharibəsiz qaytarmaqdır. Əgər Paşinyan bu müdrik məsləhətə qulaq assaydı, Ermənistan insan itkilərindən, orduya və nüfuzuna vurulan ağır zərbədən qaça bilərdi. Ölkə iqtisadiyyatına bu cür ağır zərbə dəyməzdi".

Ekspert əlavə edib ki, Nikol Paşinyan müharibəyə başladı və nəticədə məğlubiyyət utancını qazandı:

"Prezident İlham Əliyev öz ölkəsini və ordusunu Qələbəyə tam hazırladı. Ordunu modenrləşdirdi, ən yaxşı silahlarla təchiz etdi". (Trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR