Logo

XİN-dən Ermənistana cavab

XİN-dən Ermənistana cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı”.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibətində bildirib.

"Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan erməni mediasına açıqlamasında 9-10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndində dəhlizin yaradılması ilə bağlı heç bir müddəanın olmadığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR