Gürcüstan parlamentinə Xocalı ilə bağlı çağırış edildi
Gürcüstanda yaşayan azərbaycanlı icması ölkə parlamentini 29 il öncə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a bildirilib ki, 55 təşkilat və ictimai xadimin imzaladığı birgə bəyanat Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir Giorgi Qaxariaya, parlament sədri Arçil Talakvadzeyə, Xarici İşlər Nazirliyinə, Ombudsman Aparatına və digər qurumlara, Amerika və Avropanın Gürcüstanda akkreditə