Azərbaycanın enerji sahəsində artan rolu - VİDEO
"Türkiyə ilə birlikdə qurduğu və beynəlxalq bazarlara çıxan qaz və neft boru kəmərləri sayəsində Azərbaycan Qafqazda nüfuzlu oyunçuya çevrildi".
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı videomüraciətdə bildirib.
"Sürətli iqtisadi inkişaf tempinə görə dünya ölkələri sırasında liderliyini qoruyan Azərbaycan qlobal maliyyə böhranının təsirlərindən ən effektiv şəkildə müdafiə olunması baxımından da, gözəl bir nümunənin əsasını qoydu. Azərbaycan enerji sferasında uğurlarını məhdudlaşdırmaq niyyətində deyil. Zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması istiqamətində də fəal iş aparılır. Enerji resurslarının ixracı sahəsində Azərbaycan əvvəlki kimi dünya bazarlarında mövqelərini qorumaqda və daha da gücləndirməkdədir", - deyə M.Qurbanov qeyd edib.






