"Qiymət çarxa qalxır, əmək haqqı yerində sayır" - Deputatdan bahalaşmaya ETİRAZ/VİDEO
"Ölkəmiz müharibədən çıxıb, onun üçün dözmək lazımdır - dövlətin, xalqın, büdcənin, kimlərinsə xeyrinə qərarlar veririk ki, bahalaşma olsun və siz də dözün, məsələsini qəbul etmirəm".
Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev bildirib.
O, gündəlik ehtiyac məhsullarının bahalaşmasını doğru hesab etmədiyini diqqətə çatdırıb. Deputat ölkədə bazar iqtisadiyyatının hələ də formalaşmadığını, bahalaşmanın monopolistlər səbəbilə yarandığını dilə gətirib:
"Hər kəs xalqın hesabına varlanmaq istəyir. Məmurun gözü xalqın cibində, dövlətin büdcəsindədir. Qiymətlərin qalxması ilə insanların əmək haqqı tərs mütənasibdir. Qiymət qalxır çarxa, əmək haqqı yerində sayır. Başqa ölkələrdə heç kimin yemədiyini gətirib burda xarici məhsul kimi insanlarımıza sırıyırıq"
Deputat ölkədə bahalaşmanın qarşısını almaq üçün məmur idarəçiliyinə son qoyulmalı olduğunu vurğulayıb. Qiymət artımı və s. ilə ölkədə xaos yaratmaq istəyənlərin olduğunu xatırladan deputat bildirib ki, sərt addımlar atılmasa, bahalaşma davam edəcək.
R.Nurullayevin həmin çıxışını təqdim edirik:
Ülvi
Sfera.az






