Çinin “qorxulu röyası”na çevrilmiş Pelosi Azərbaycanda niyə ağlamışdı? – Zülfüqarov o anları belə xatırlayır
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşüb. Sfera.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb: “1998-ci ilin yayında ABŞ konqresmenlərinin Ermənistan və Azərbaycana səfəri olmuşdu. Nümayəndə heyətinin tərkibində, Frenk Pallone də daxil olmaqla, demək olar, bütün ermənipərəst lobbiçilər var idi. Onların hər birinin iyrənc bəyanatlarla çıxış etdiyi Ermənistan