Logo

Rusiya XİN: "Tayvan Çinin tərkib hissəsidir!"

Rusiya XİN: "Tayvan Çinin tərkib hissəsidir!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskva ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini aşkar təxribat kimi qiymətləndirir.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda deyilir.

Bildirilib ki, Tayvan boğazı ilə bağlı tərəflər arasında münasibətlər sırf Çinin daxili işidir. Çin tərəfinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görmək hüququ var.

"Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır: biz yalnız Vahid Çin olması faktından çıxış edirik. ÇXR hökuməti bütün Çini təmsil edən yeganə legitim hökumətdir, Tayvan isə Çinin ayrılmaz tərkib hissəsidir", - bəyanatda deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR