“Mirzoyan Minsk qrupunu diriltməyə çalışsa da...” - Açıqlama

“Mirzoyan Minsk qrupunu diriltməyə çalışsa da...” - Açıqlama

“Mirzoyan mart ayından başlayaraq keçirdiyi bütün görüşlərdə “Minsk Qrupu danışıqlarda iştirak etməlidir” tipli bəyanatlar verir. Hazırda əsas müzakirə mövzusu Qarabağ deyil, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və Zəngəzur dəhlizidir. Bunu nəzərə alsaq, erməni tərəfinin ikitərəfli dialoqun müzakirə predmeti olmayan Qarabağ və Minsk qrupu mövzularını aktuallaşdırmağa cəhd göstərməsi birmənalı olaraq yenidən Bakı və İrəvan arasında müharibə riskini artırır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Politoloq Zaur Məmmədov Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə etdiyi telefon söhbətini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, telofon danışığı zamanı Mirzoyan bir daha Minsk qrupu çərçivəsində "münaqişənin" nizamlanmasından bəhs edib:

 

“Belə bir nəticəyə gəlmək olar ki, İrəvan Qarabağ və kommunikasiya, delimitasiya məsələlərini bir - birindən ayırmaq istəsə də, Xankəndi məsələsində nəzərdə tutduğu qarantiyanı almaq istəyir. Azərbaycan - Ermənistan arasında sülh danışıqlarına mane olan amillər olduqca çoxdur. Ən əsası isə unutmamalıyıq ki, bu kimi münaqişələrin inkişaf və ya əksinə sülhə nail olma istiqamətləri böyük dövlətlərdən asılıdır. İlkin mərhələdə məhz Qərbi Zəngəzura qayıdış olduqca vacibdir. Bu gün Qarabağda ermənilərin hüquqlarından danışanlar qarşısında 1921-ci ilin 30 noyabr-1 dekabr qərarları ilə bolşeviklər tərəfindən Ermənistana verilən Qərbi Zəngəzura yerli əhali, çoxluq təşkil edən azərbaycanlıların qayıdışı məsələsi qabardılmalıdır. Qarabağ heç vaxt Ermənistanın tərkibində olmamışdır. Lakin, Qərbi Zəngəzur 1921-ci ilə qədər Azərbaycanın tərkib hissəsi olmuşdur. Bu gün Azərbaycan şəhəri Gorusda  konsulluq açmaq istəyən bəzi dövlətlər, o cümlədən BMT TŞ və beynəlxalq ictimaiyyət Qafqazın hər bir nöqtəsində tarixi ədalətin bərpa ediləcəyinə əmin olsunlar”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...