Nensi Pelosinin Tayvan adasına səfərinin pərdəarxası – Elxan Şahinoğlunun şərhi

Nensi Pelosinin Tayvan adasına səfərinin pərdəarxası – Elxan Şahinoğlunun şərhi

Pekin yenə Vaşinqtona xəbərdarlıq edərək belə bir bəyanatla çıxış edib:

“Əgər ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, Çin hərbçiləri seyrçi qalmayacaqlar”.

 

Çin Xairici İşlər Nazirliyi bunu sonuncu xəbərdarlıq adlandırıb. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, statusuna görə ABŞ-ın üçüncü rəsmi şəxsi olan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına gəlişi ağır nəticələrə səbəb olacaq. Pekin Vaşinqtona onu da xatırladıb ki, ABŞ Tayvanın müstəqilliyini tanımayacağını illər öncə Pekinə vəd edib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, böyük ehtimalla bu Nensi Pelosinin təkbaşına verdiyi qərar deyil:

 

“Onda qərar verənlərin məqsədi nədir? Axı bu səfər ABŞ-la Çin arasındakı münasibətləri daha da gərginləşdirəcək. Halbuki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda Vaşinqton Pekini Kremldən məsafə saxlamağa çağırırdı. Vaşinqtonun Tayvanla bağlı siyasəti əksinə Pekini Kremlə daha da yaxınlaşdıracaq. Belə olan halda Vaşinqtonun yeganə məqsədi Pekini Tayvan adasını nəzarətə götürməkdən çəkindirməkdir. Pekin Tayvanı özününkü sayır və adanı nə vaxsta nəzarəti altına alınacağını istisna etmir. Vaşinqton bunun əleyhinədir. Bunu önləmək üçün də Vaşinqton Pekinə əzələ nümayişi həyata keçirir. Bunu həm Tayvan ətrafında hərbi təlimlər keçirməklə, həm də Nensi Pelosini adaya səfər edəcəyi xəbərini yaymaqla həyata keçirməyə çalışır”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...