“Kosova ilə Qarabağ arasında müqayisə aparmaq doğru deyil” – Şərh

“Kosova ilə Qarabağ arasında müqayisə aparmaq doğru deyil” – Şərh

Məlum olduğu kimi, son günlər Serbiya və Kosava arasında gərginlik yaşanır. Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitrovitsa şəhərində atəş səslərinin eşidilməsindən sonra iki ölkə arasında gərginlik artıb. Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və Kosova ilə sərhəddə barikadalar qurulub. Kosova xüsusi təyinatlıları isə cavab olaraq sərhədi bağlayıb.

Baş verən hadisələr əslində bir sualı yenidən aktuallaşdırır. Kosova münaqişəsi necə həll edilə bilər? Ümumiyyətlə bu münaqişənin sülh yolu ilə həlli mümkündür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Şahin Cəfərli deyib ki, Kosovo presedentinin Serbiya-Kosova münaqişəsini tez-tez “DQR”lə müqayisə edib eyniləşdirilməsinə rast gəlirik ki, bu, çox yanlışdır:

 

“Kosova müsəlmanları mərkəzi hökumətin etnik təmizlik və soyqırım cəhdinə məruz qaldıqları üçün demokratik dünyanın (Türkiyə də daxil olmaqla) hərbi müdaxiləsi ilə qoruma altına alınıblar. Bundan sonra müstəqillik elan ediblər və 100-ə yaxın dövlət tərəfindən rəsmən tanınıblar. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipi və xalqların öz müqəddəratını təyinetmə hüququ daim toqquşur, lakin bir xalqı onun kökünü kəsmək istəyən dövlətin tərkibində qalmağa məcbur etmək absurddur, məhz bu cür durumlarda öz müqəddəratını təyinetmə legitim haqq sayılmalıdır.

 

Qarabağdakı müharibə isə Azərbaycanın (mərkəzi hökumətin) yerli azlığa hücumları ilə başlamayıb, onlara qarşı hər hansı soyqırım və deportasiya siyasəti aparılmayıb. Tam əksinə, dominant etnos hər şeydən xəbərsiz hələ də “qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuduğu dövrdə azlıq və onun himayəçisi (Ermənistan) tərəfindən silahlı hücuma məruz qalıb, Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizlik aparılıb”.

 

Bu səbəblərdən Ermənistan siyasətçilərinin yapışmaq istədikləri “xilas naminə ayrılmaq” (remedial secession) konsepsiyası məhz Kosova nümunəsində keçərlidir, Qarabağda yox.

 

Kosova və “DQR“ müqayisəsi aparanlar bu prinsipial məqamlara diqqət etməlidir.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...