Ceyhun Bayramov: Estoniya Azərbaycana 25 milyon dollar investisiya yatırıb
Azərbaycan və Estoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində əməkdaşlıq davam edir. Tərəflər biznes əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasında maraqlıdır.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında danışıb. Nazir qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 32 milyon ABŞ dolları təşkil edib.
Eyni zamanda, Estoniyanın Azərbaycana 25 milyon ABŞ dolları həcmində investisiya yatırdığı müşahidə olunur.
“Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərir və ölkəmizdə aktiv iş aparırlar. Son dövrlərdə iki ölkənin məktəbləri arasında birbaşa təmasların formalaşması, biznes dairələrinin işgüzar səfərləri və müxtəlif tədbirlərin keçirilməsi ümumi münasibətlərdə müsbət prosesin davam etdiyini göstərir. Əminik ki, bu əməkdaşlıq öz müsbət nəticəsini verəcək”, – o bildirib.
İradə Elsevər






