Azərbaycan XİN Türkiyəni təbrik etdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qardaş Türkiyəni 29 Oktyabr - Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
"Türkiyənin əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun",- paylaşımda bildirilib.






