Logo

Paşinyan onlara cavab verdi: “Başlarını divara vursunlar”

Paşinyan onlara cavab verdi: “Başlarını divara vursunlar”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin yaxın vaxtlarda reallaşdırılmasına başlanacağını bildirib.

Sfera.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan sakinləri layihəni dəstəkləyir və onun fəaliyyətə başlamasını gözləyirlər.

Baş nazir qeyd edib ki, Meğriyə səfərləri zamanı yerli sakinlər ondan TRIPP marşrutunun nə vaxt açılacağını soruşurlar. O isə yolun çox yaxın zamanda açılacağını vəd edir.

Paşinyan, eyni zamanda Azərbaycan və Türkiyəni tənqid edən savadsız politoloqlar və marjinal qruplarla mübahisələrə vaxt sərf etmək niyyətində olmadığını vurğulayıb.

“Qoy başlarını divara vursunlar, ta ki başa düşənə qədər. Amma yol çox yaxın zamanda açılacaq”, – deyə Paşinyan vurğulayıb./globalinfo

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR