Zelenski-Putin görüşü Trampla Ərdoğanın vasitəçiliyi ilə keçirilə bilər

Zelenski-Putin görüşü Trampla Ərdoğanın vasitəçiliyi ilə keçirilə bilər
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş ABŞ Prezidenti Donald Trampın iştirakı və ya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə baş tuta bilər.


Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukrayna” agentliyinə müsahibəsində bildirib.

Nazir Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan səyləri dəyərləndirərək ABŞ, Rusiya və Ukraynanın iştirak etdiyi üçtərəfli danışıqların yenidən keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Kiyev belə görüşlərin mümkün qədər tez baş tutmasına hazırdır.


Sibiqa bildirib ki, Ukrayna sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq. O, müharibənin başa çatdırılması məqsədilə Zelenski ilə Putinin bir araya gəlməsinin vacib olduğunu qeyd edib.


Nazirin sözlərinə görə, mümkün görüş Trampın iştirakı ilə və ya Ərdoğanın vasitəçiliyi ilə təşkil oluna bilər.

Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR