Baş nazirdən İranla bağlı QƏRAR

Baş nazirdən İranla bağlı QƏRAR
Kateqoriya məlum deyil
T

İran İslam Respublikası Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına əlavə edilib.

Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sözügedən qaydalara 6 nömrəli əlavə olan “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na 8-ci hissə – İran İslam Respublikası əlavə edilib.

Qərar 2026-cı il martın 1-dən tətbiq edilir və dekabrın 31-dək qüvvədədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR