Logo

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sfera.az xəbər verir ki, qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.

Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR