Tramp: İranla danışıqlar yenidən başlayacaq

Tramp: İranla danışıqlar yenidən başlayacaq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bazar ertəsi yenidən başlayacağını açıqlayıb. O, tərəflər arasında razılaşmanın əldə olunacağına nikbin yanaşdığını bildirib.

Sfera.az xəbər verir ki, Tramp Nyu-Cersidən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, ABŞ və İran arasında danışıqların avqustun 3-də bazar ertəsi günortadan sonra bərpa olunacağını deyib.

ABŞ Prezidenti bildirib ki, Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə silahlarından imtina etməsi ilə bağlı yaxın vaxtlarda razılıq əldə oluna bilər.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İranla aparılan danışıqlar nəticəsində ABŞ-ın bu həftəsonu planlaşdırdığı genişmiqyaslı hücum təxirə salınıb.

“Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük hücum olacaqdı. Ancaq bizdən bunu etməməyimizi xahiş etdilər. “Xahiş edirik, bunu etməyin”, - dedilər. Qonşu ölkələr də eyni çağırışı etdilər”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, hazırda əsas məqsəd məsələləri hərbi yolla deyil danışıqlar vasitəsilə həll etməkdir.

“Danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq. Sonra hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Razılıq əldə etmək və çox sayda insanın həyatını xilas etmək istəyirik”, - deyə o bildirib.

Tramp həmçinin İranla razılaşmanın mümkünlüyünə inandığını ifadə edərək, Səudiyyə Ərəbistanının da hərbi qarşıdurma əvəzinə diplomatik həll yolunu dəstəklədiyini bildirib. Onun fikrincə, Hörmüz Boğazı və İranın nüvə silahlarından imtina etməsi ilə bağlı razılaşma yaxın zamanda əldə oluna bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR