Paşinyan kilsənin iradəsini qıracaq – Baş nazirin başqa yolu qalmayıb

Paşinyan kilsənin iradəsini qıracaq – Baş nazirin başqa yolu qalmayıb

"Erməni Qriqoryan kilsəsi əslində dövlət içində dövlətdir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Ermənistan daxilində baş verən bütün siyasi proseslərdə fəal iştirak edib. XlX əsrin 80-ci illərindən etibarən daha həlledici bir mövqeyə sahib olub və azərbaycanlılara qarşı açıq düşmənçilik aparıb, ermənilərə "Türk sənin düşmənindir!" ideologiyasını aşılayan və onları zəhərləyən bir İblis rolunda çıxış edib".

 

Bu fikirləri TNS-ə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

 

Millət vəkili deyib ki, kilsə indi də eyni mövqedən çıxış edir və ermənilər üçün ideoloji mərkəz funksiyasını yerinə yetirir: "Pasinyan isə kilsənin uzun illər boyu formalaşdırdığı mifi və sərsəm ideologiyanı darmadağın etməyə çalışır. Hazırda Ermənistanda davam edən gərginliyin mahiyyəti budur ki, Paşinyanın mübarizəsinin qarşısı alınsın və kilsə öz "avtoritet"liyini qorusun. Baş nazir bütün çıxışlarında "tarixi Ermənistan"ın olmadığını, indiki Ermənistanın əsas götürülməsinin vacib olduğunu bildirib. O, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoyulmasını, qonşularla normal münasibətlərin yaradılmasını təklif edib. Paşinyanın əsas niyyəti ölkəsini qaranlıq tuneldən və çıxılmaz dalandan xilas etməkdir. Baş nazir əslində olmayan, uzun illər Rusiyanın "marionetkası" və forpostu funksiyasını yerinə yetirən Ermənistanı müstəqil və suveren dövlət kimi istəyir. Kilsə isə yaratdığı mifin məhv olmasına qarşı müqavimət göstərir, hazırkı mövqeyini qorumağa çalışır".

 

AVP sədri qeyd edib ki, hazırda kilsənin arxasında Rusiya "KQB"si (Federal Təhlükəsizlik Xidməti (FTX) – red.) dayanıb: "Həm SSRİ dövründə, həm də ötən əsrin 90-cı illərində "KQB" kilsənin təkcə Ermənistanda deyil, həm də Yaxın Şərq və digər ölkələrdəki keşişlərindən ibarət casus şəbəkəsi yaradıb, öz geopolitik məqsədləri üçün istifadə edib. 10 günə yaxındır, Ermənistan ərazisində davam edən "Tavuş hərəkatı"nın arxasında da Rusiya FTX-nin əməkdaşları dayanır. Çünki bu məsələdə kilsə ilə yanaşı, Koçaryan və onun komandası da yaxından iştirak edir. Kilsə rəsmi İrəvanın Azərbaycana qaytarmaq istədiyi torpaqların Azərbaycana məxsus olduğunu, bu ərazilərin bir daha Ermənistana verilməyəcəyini çox yaxşı bilir. Əgər digər ərazilər də dinc yolla Azərbaycana təhvil verilməsə, ordumuz bir neçə saat ərzində onları geri qaytaracaq, erməni ordusuna ağır zərbə vuracaq, çoxlu sayda erməni əsgərinin meyiti ortada qalacaq. Bunu İrəvan da, kilsə də yaxşı bilir, lakin İblis xislətli katalikoslar və din xadimləri ölkəni daha da fəlakətə sürükləyəmək istəyirlər".

 

Deputat bildirib ki, Baş nazir Azərbaycanla başladığı sülh və demokratiya prosesini sona qədər davam etdirəcək: "Onun artıq başqa yolu qalmayıb. Çünki dövlətimiz və Prezident İlham Əliyev öz qətiyyətini, sarsılmaz iradəsini ortaya qoyub. Paşinyan bunu gördüyü üçün erməni din xadimlərinin iradəsini qıra biləcək".


OXŞAR XƏBƏRLƏR

Sabah Zelenskinin səlahiyyət müddəti BAŞA ÇATIR: "Konstitusiyaya əsasən..."

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır.   Sfera.az bildirir ki, buna baxmayaraq Ukrayna lideri...

Evli insanların xəyanət etməsinin ƏSAS SƏBƏBLƏRİ: "Qadınlar daha çox..." 

Cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biri də evli insanların həyat yoldaşlarına xəyanət etməsidir.   Bəs nəyə görə evli insanlar başqaları i...

Əli Əsədov İranın Birinci vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiə...

Sahibə Qafarova iranlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin hel...

Azərbaycan və Tacikistan 8 ikitərəfli sənəd İMZALADI

Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair&n...

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı İCRA OLUNDU - FOTO

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.   Sfera.az xəbər verir ki, 59 yaşlı pasiyent üzərində ...